Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » FHN Lerik sakininə evi uçduğu üçün çadır verdi
FHN Lerik sakininə evi uçduğu üçün çadır verdi

Fövqəladə Hallar Nazirliyinə Lerik rayonunun Lərmərud kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakini Baxşıyev Nəbulla Məmmədhüseyn oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.
Publika.az-ın FHN-dən aldığı məlumata görə, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Lərmərud kənd sakini Baxşıyev Nəbulla Məmmədhüseyn oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.
Həmçinin, Lerik rayonunun Dızdipok kənd sakini Əşrəfov Şirqasım Müseyib oğluna məxsus evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən vətəndaşın müvəqqəti yaşayışı üçün çadır ev qurularaq təhvil verilib.



Şərhlər