Deputatlardan şəhid ailəsinə qarşı hörmətsizlik... - Bunun başqa adı yoxdur...
Tarix: 21-11-2020, 13:07
Baxılıb: 402
Google+ Paylaş
Tumblr Paylaş

Deputatlardan şəhid ailəsinə qarşı hörmətsizlik... - Bunun başqa adı yoxdur...

21-11-2020, 13:07

Milli Məclisin deputatı Anatoliy Rafailov Xaimoviç Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Aqil Məlikovun ailəsinə göndərdiyi sovqat qəzəbə səbəb olub.
“BakuPost” xəbər verir ki, bu barədə şəhidin yaxın qohumu Səma Aydəmir məlumat yayıb.
O bildirib ki, şəhidin dəfnində iştirak etməyən, 53 saylı Quba-Qusar dairəsindən olan millət vəkili Anatoliy Rafailov şəhid ailəsinə “üzrxahlıq sovqatı” olaraq duş geli, şampun, ətir, antibakterial gel, makaron və düyü göndərib.
S.Aydəmir əlavə edib ki, şəhidin ailə üzvləri deputatın göndərdiyi bağlamanı bələdiyyəyə qaytarıb. Sonra isə Rafailovun köməkçisi yenidən xahiş-minnətlə bu paketi geri gətirib.
Məsələ ilə bağlı deputatın köməkçisi Məhsəti Əliyeva “BakuPost”a bildirib ki, şəhid ailəsinə göndərilən sovqata nələrin daxil olmasından Anatoliy Rafailovun xəbəri olmayıb: "Deputat, iş adamı Məşhur Məmmədov Anatoliy Rafailova da təklif etdi ki, sənin də dairəndən olan şəhid ailələrinə yardım edim. Məlum olduğu kimi, A.Rafailov iş adamı deyil, həkimdir, xalq arasından çıxmış insandı. Şəhərə giriş bağlı olduğundan Qubaya gedə bilmirik, həm də müharibə dövründə deputatlara kənara çıxmağa qadağa qoyulmuşdu. M.Məmmədov da dedi ki, mən sizinkilərə də yardım edib, sovqat göndərəcəyəm. A.Rafailov bu sovqatı ümumiyyətlə görməyib, təşkilatçılığı Məşhur müəllim edib. Düşünmürəm ki, bu hər hansı bir təxribat olsun. Amma bağlamaya ətir qoymaqla çox böyük səhv ediblər. Qubadakı köməkçi ilə əlaqə saxlamışam, deyir ki, bağlamada yağ, xurma, makaron, un, düyü və digər ərzaq məhsulları da var. 2 bağlama olub. Bağlama Quba rayon İcra İcra Hakimiyyətinə göndərilib. Orda da əlbəttə, icra nümayəndələri açıb, bağlamaya baxa bilməzlər. Məişət sovqatı 5-ci gün, ərzaq isə 1-ci gün göndərilib. Yəni, yardım məqsədilə göndərilib”.

Deputatlardan şəhid ailəsinə qarşı hörmətsizlik...

İkinci Qarabağ savaşında diqqəti çəkən və təqdir olunan məqamlardan biri də şəhid olanların doğmalarına və yaralanan hərbçilərimizə yardım kampaniyası oldu.

Özünü bu vətənin övladı hesab edən hər kəs ordumuz üçün əlindən gələni etməyə çalışdı.

Bu prosesdə istisna hallar da oldu ki, onu da gördük. Məsələn, 53 saylı Quba-Qusar dairəsindən Milli Məclisinin deputatı Rafailov Anatoliy Xaimoviç öz yardımı ilə hər kəsi təəccübləndirib.

Belə ki, deputat müharibədə şəhid olan kapitan Aqil Məlikovun ailəsinə yardım adı ilə duş geli, sabun və ətir yollayıb. DİA.AZ Gununsesi.info-ya istinadən şəhid evinə göndərilən “yardımın” fotolarını təqdim edir:

Buta duş gel.

Buta şampun.

L-Homme prada tester ətir. (3ədəd)

Diva tester ətir.

Sanitary antibakterial gel.

Makaron və düyü.

Bağlama şəhidin ailəsi tərəfindən bir dəfə geri qaytarılıb, deputat təzədən göndərib. Ehtimala görə, deputat şəxsi biznesini reklam edir.

Deputatlardan şəhid ailəsinə qarşı hörmətsizlik...
Deputatlardan şəhid ailəsinə qarşı hörmətsizlik...


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ