Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Bakıdakı avtobus qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakıdakı avtobus qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün Hava limanı-Mərdəkan yolunda “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 171 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.
Bakı Nəqliyyat Agentliyindən reportyor.tv-a verilən məlumatda bildirilir ki, 10 TG 103 Dövlət Qeydiyyat Nişanlı avtobus qarşısında hərəkət edən "Mersedes" markali minik avtomobili ilə toqquşub. Daşıyıcının verdiyi məlumata görə, hadisə nəticəsində avtobuslardakı sərnişinlər arasında xəsarət alan olmayıb.
Qəza zamanı azı bir nəfərin ölümü və yaralıların olması barədə yayılan məlumat isə həqiqəti əks etdirmir. Kütləvi informasiya vasitələrinə müraciət edərək hər hansı hadisə barədə daxil olan məlumatları yaymazdan əvvəl BNA-ın Mətbuat xidməti ilə dəqiqləşdirməyə çağırırıq.

Şərhlər