Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Misirdə DƏHŞƏTLİ QƏZA: 25 nəfər öldü, 35 nəfər yaralandı
Misirdə DƏHŞƏTLİ QƏZA: 25 nəfər öldü, 35 nəfər yaralandı

Misirin cənubundakı Əl-Minye şəhərində iki avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
reportyor.tv xəbər verir ki, hadisə nəticəsində 25 nəfər ölüb, 35 nəfər yaralanıb.
Misirin dövlət qəzetlərindən biri olan “Əhbar əl-Yevm”in saytında yer alan xəbərdə ölkənin mərkəzi hissəsindəki Əl-Minye şəhərində sərnişin avtobusunun dayanmış yük maşınına arxadan çırpıldığı açıqlanıb.
Qəza ilə bağlı Misir Baş Prokurorluğu tərəfindən araşdırma başlanıb.
Misir Sosial Həmrəylik Nazirliyinin qəzada ölən və yaralananların ailələrinə maddi yardım edilməsinə qərar verdiyi bildirilir.
Son rəsmi məlumatlara görə, Sohac əyalətindən paytaxt Qahirəyə gedən avtobus təkər dəyişdirmək üçün yolun kənarında olan yük maşınına arxadan çırpılıb.

Şərhlər