Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Gəncədə xəstəxanada yanğın: Zəhərlənənlər və ölən var - YENİLƏNDİ - FOTO/VİDEO
Gəncədə xəstəxanada yanğın: Zəhərlənənlər və ölən var - YENİLƏNDİ - FOTO/VİDEO

TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib.
TƏBİB-dən reportyor.tv-a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Qeyd edilib ki, hazırda tibb müəssisəsinin Cərrahiyyə və Reanimasiya şöbələrindəki pasiyentlər təxliyə edilir.
Bildirilib ki, artıq 58 nəfər təxliyə edilib və vəziyyət nəzarət altındadır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən reportyor.tv-a bildirilib ki, aprelin 26-da Gəncə şəhərində yerləşən 1 saylı Abbas Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat daxil olub.
İlkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.
Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
10:40
Gəncə şəhərində Abbas Səhhət adına 1 saylı Xəstəxanada baş verən yanğın söndürülüb.
reportyor.tv xəbər verir ki, reanimasiya şöbəsində qısaqapanma nəticəsində tüstülənmə qeydə alınıb.
Bu zaman həm xəstəxana işçiləri, həm də pasiyentlər arasında tüstüdən zəhərlənənlər olub.
Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunub.
10:15
Gəncə şəhərində xəstəxanada yanğın olub.
reportyor.tv xəbər verir ki, hadisə 1 saylı Abbas Səhhət adına Xəstəxanada baş verib.
Əraziyə yanğınsöndürən avtomobillər cəlb olunub.
Xəstələr başqa xəstəxanaya təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır



Şərhlər