Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Dövlət Turizm Agentliyi sədrinin müşaviri Oğuzda hoteldə ölmüş halda tapılıb
Dövlət Turizm Agentliyi sədrinin müşaviri Oğuzda hoteldə ölmüş halda tapılıb

Oğuza toy mərasiminə gedən Bakı şəhər sakini oteldə ölmüş halda tapılıb.
Reportyor.tv Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhər ərazisində yerləşən hotellərdən birində qeydə alınıb. 1966-cı il təvəllüdlü, Bakı şəhəri Yasamal rayon sakini Sübhan Ağakişi oğlu Quliyevin yüksək təzyiqdən dünyasını dəyişdiyi bildirilir.
Qeyd olunub ki, ötən gün toy mərasimində iştirak edən 57 yaşlı S.Quliyev toydan sonra hotelə gəlib. Gecə saatlarında onun təzyiqi yüksəlib, təcili tibbi yardım briqadası dəvət edilib. Ona tibbi yardım göstərilib.
Səhər saatlarında hotel əməkdaşları S. Quliyevi otağında ölmüş vəziyyətdə aşkar ediblər.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
Sübhan Quliyevin Dövlət Turizm Agentliyinin sədrinin müşaviri olduğu bildirilir.
Dövlət Turizm Agentliyindən APA-ya Sübhan Quliyevin DTA sədrinin müşaviri olduğu təsdiqlənib. Bildirilib ki, onun ölüm səbəbi araşdırılır.

Şərhlər