Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Həbsdə olan şəxsə şəkər tozunun içində narkotik ötürməyə cəhd olunub - FOTO
Həbsdə olan şəxsə şəkər tozunun içində narkotik ötürməyə cəhd olunub - FOTO

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Reportyor.tv  verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Turxan Elxan oğlu Həsənliyə tanışı Abşeron rayon sakini Nurayə Vilayət qızı Kərimovanın gətirdiyi sovqata və əşyalarına baxış keçirilən zaman sovqatın içərisində 0,5 kiloqram çəkidə olan şəkər tozuna qarışdırılaraq xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 2,487 qram olan psixotrop maddə - metamfetamin və ona məxsus əl çantasının içərisində 6 ədəd bükülüdə ümumi çəkisi 27,203 qram olan narkotik maddə - marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər