Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Şəmkir rayon sakini çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib
Şəmkir rayon sakini çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib

Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisində 1 nəfərin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Reportyor.tv  verdiyi məlumata görə, dərhal Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Şəmkir rayon sakini 1988-ci il təvəllüdlü Kamil Cəfərov aldığı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, 2004-cü il təvəllüdlü Samir Hüseynov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir



Şərhlər