
Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktiki tədbirlər davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Reportyor.tv verilən məlumata görə, aparılan tədbirlər zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 6 sürücü müəyyən edilib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlardan biri 15 sutka inzibati həbs həbs edilib, qalanları isə 400 manat miqdarında cərimə olunub.
Şərhlər