Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Sumqayıtda yeznəsini öldürən şəxsin səs yazısı yayıldı: DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - VİDEO
Sumqayıtda yeznəsini öldürən şəxsin səs yazısı yayıldı: DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - VİDEO

Sumqayıtda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.
Belə ki, 1998-ci il təvəllüdlü Əkbər Vəliyev aralarında yaranan mübahisə nəticəsində bacısının əri Arif Muxtarovu bıçaqlayaraq öldürüb.
Mərhumun atası Habil Muxtarov bildirib ki, ailə arasında heç bir problem olmayıb:
“Ailə arasında problem olanda da insanı belə öldürmürlər. Dəlinin yeri dəlixanadır. Dəlinin birinə atası bıçaq verib deyir ki, narahat olma pulumuz var səni xilas edəcəyik”.
A.Muxtarovun bibisi oğlu Vaqif Əliyev qeyd edib ki, dayısı oğlu planlı şəkildə qətlə yetirilib:
“Dörd nəfər olublar. Deyirlər ki, güyə tək olub. Amma bu belə deyil. 15 bıçaq xəsarəti alıb, 7 aylıq körpə balası var”.
Əkbər Vəliyevin bacısını ölümlə təhdid etdiyi səs yazısı və daha ətraflı BAKU.TV-nin süjetində:

Şərhlər