Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Salyanda ağır qəza: Bir ailənin 5 üzvü yaralandı
Salyanda ağır qəza: Bir ailənin 5 üzvü yaralandı

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-qəzası baş verib.

Reportyor.tv-nin məlumatına görə, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107” markalı avtomobil "Zaporojets” markalı avtomobillə toqquşub.


Qəza nəticəsində rayonun 20 Yanvar küçəsinin sakinləri, 1990-cı il təvəllüdlü Quliyev Rauf İbrahim oğlu, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Quliyeva Minurə Mehman qızı, onların övladları, 2014-cü il təvəllüdlü Q.M, 2017-ci il təvəllüdlü Q.Z və 2018-ci il təvəllüdlü Q.R müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardımdan sonra ana və qızlarından biri Bakıya xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər