Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Bakıda zəncirvarı qəza zamanı beş avtomobil toqquşub - FOTO
Bakıda zəncirvarı qəza zamanı beş avtomobil toqquşub - FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Cəlil Məmmədquluzadə və Həsən Əliyev küçələrinin kəsişməsində baş verib.
"Renault" markalı nəqliyyat vasitəsi qarşıda dayanmış "Toyota" markalı nəqliyyat vasitəsinə, "Toyota" isə qarşıdakı "Mercedes"ə çırpılıb. Əks yolda hərəkət edən və taksi kimi istifadə olunan "Opel" markalı avtomobilin sürücüsü də baş vermiş hadisəyə baxmaq üçün dayanıb. Bu zaman onun fikri yayındığından avtomobili qarşıdakı "Mercedes"ə çırpılıb.
Hadisə yerinə YPX və PPX əməkdaşları cəlb edilib.




Şərhlər