Sutka ərzində atəşkəs rejimi 26 dəfə pozulub
Tarix: 8-05-2020, 11:23
Baxılıb: 97
Google+ Paylaş
Tumblr Paylaş

Sutka ərzində atəşkəs rejimi 26 dəfə pozulub

8-05-2020, 11:23

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.
Musavat.com Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Kəngərli kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ