Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Ərinin söyüşlərindən bezib ağzını skoçladı, kişi boğulub öldü
Ərinin söyüşlərindən bezib ağzını skoçladı, kişi boğulub öldü

Rusiyanın Vladimir vilayətində 27 yaşlı qadın mübahisə zamanı həyat yoldaşının ölümünə səbəb olduğu üçün hakim qarşısına çıxarılıb. Hadisə ötən ilin sentyabrında regionun kəndlərindən birində tərəflərin birlikdə spirtli içki qəbul etdiyi vaxt baş verib.

İstintaq materiallarına görə, 34 yaşlı ər ilə xanımı arasında yaranan adi mübahisə qısa müddətdə şiddətə çevrilib. Kişinin dediyi təhqiramiz sözlərdən qəzəblənən qadın onu yerə yıxaraq möhkəm bağlayıb.

Ərinin susması üçün isə onun ağzına bez parçası soxub.

Köməksiz vəziyyətdə qalan şəxs bir müddət sonra nəfəs ala bilmədiyi üçün boğulub. Qadın həyat yoldaşının yanına qayıtdıqda artıq onun keçindiyini görüb.

Faktla bağlı açılan cinayət işi üzrə dindirilən qadın törətdiyi əməli tamamilə etiraf edib. Hazırda istintaq tamamlanaraq materiallar yekun hökm oxunması üçün məhkəməyə göndərilib.//Demokrat.az

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti