“Azərpaşaya halallıq verirəmsə, aktyorlar da versinlər”
Tarix: 9-04-2023, 21:15
Baxılıb: 1 584
Google+ Paylaş
Tumblr Paylaş

“Azərpaşaya halallıq verirəmsə, aktyorlar da versinlər”

9-04-2023, 21:15

Xalq artisti Afaq Bəşirqızı qalmaqal yaşadığı və illərdir küsülü olduğu mərhum Azərpaşa Nemətov barədə danışıb.
OLAY-a danışan sənətçi yaşadığı mübahisələrə görə peşman olmadığını bildirib:
“Azərpaşanı 1-5 ildir deyil tanıyıram. Biz onunla möhkəm dost olmuşuq. Dostluğun hörmətini son günə qədər saxlamışdıq. Mənim üçün bu, gözlənilməz oldu. Çox mütəəssir olmuşam. Amma mənə bir təskinlik var ki, şəxsi ambisiyamız üçün sözləşməmişdik, aktyorların ümumi rifahının yaxşılaşması üçün belə bir təklif qaldırmışdım. Təsəvvürümə gətirməzdim ki, Azərpaşa qəfil dünyasını dəyişəcək. İnanmazdım ki, xəstəliyə qalib gələ bilməyəcək, ölüm qarşısında əzmini qıracaq, amma deməli, var. Hər halda səmimi insan olduğuma inanarsınız. Özüm istəməsəm, mənə heç kim bu sözləri dedirdə bilməz. Heyfisləndiyim bir şey var - uzaqdan da olsa, bu yaxınlarda onu bir dəfə görəydim. Bizim zəmanənin dostluğu ilə indiki dostluğun çox fərqi var. Həmişə sənətkarların arasında insanların rifahı üçün belə söhbətlər olub. Son ana qədər bir-birimizə hörmətsizlik etmədik - təhqiramiz çıxışlar olmadı”.
Sənətçi sosial mediada Azərpaşa Nemətov barədə status yazan həmkarlarına isə bu məsləhəti verib:
“Heç bir peşmanlığım yoxdur. Necə ki, təklifimi eşidib Prezidentim maaşları qaldırdı, yenə də aktyorlara diqqət göstərəcəyinə əminəm. Peşman deyiləm, umacağım yoxdur. Hansısa hərəkəti edəndə özümə güvənirəm, başqasından heç nə güdmürəm. İctimai həyatda gördüyüm işləri müəyyən adamlar bilirlər. Heç vaxt belə müsahibələr verməmişəm, bundan zövq alıram. Heç birindən narazı deyiləm. Hikmət həddindən ziyadə istedadlı oğlandır. Ona qarşı haqsızlıq olub. Amma yenə deyərdim ki, Hikmət balam (Aktyor Hikmət Rəhimov - red.) elə status yazmazdı. Əgər mən halallıq verirəmsə, onlar da halallıq versinlər. Bu, onların böyüklüyüdür. Allah rəhmət eləsin! Öz halallığımı verdim. Əminəm ki, hər şey yaxşı olacaq!”


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ