Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Yüksək rütbəli zabitlər həbs olundu - Orduda çaxnaşma yaradırmışlar
Yüksək rütbəli zabitlər həbs olundu - Orduda çaxnaşma yaradırmışlar

Ermənistanda 2 yüksək rütbəli zabit həbs olunub.
Reportyor.tv "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Ermənistanda iki yüksək rütbəli zabit hərbi qulluqçular arasında çaxnaşma yaratmaqda və əsgərləri silahlarını təhvil verməyə məcbur etməkdə ittiham olunaraq həbs edilib. Hadisənin İkinci Qarabağ müharibəsi zamanı baş verdiyi bildirilir.
 Ermənistan İstintaq Komitəsinin məlumatına görə, ordu korpuslarından birinin polkovnik rütbəli komandirinin müavini onlara həvalə edilmiş şəxsi heyətin döyüşdən imtina etməsinə şərait yaratmaq məqsədilə hərbi hissə komandirinin müavini(polkovnik-leytenant) ilə əlbir olub.
Onlar 19 oktyabr 2020-ci il tarixində hərbi hissənin qərargahında hər iki bölmənin komandirlərinə qoşunlar arasında çaxnaşma salmaq əmri verib. Bölmə komandirləri əmrin qanunsuz olduğunu anlayaraq, göstərişi yerinə yetirməkdən imtina ediblər.
 Daxil olmuş materiallar əsasında polkovnik və polkovnik-leytenanta Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib.

Şərhlər