Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Mətbuat Şurası “Vesti.az”ın kollektivini 15 illiyi münasibətilə təbrik edib
Mətbuat Şurası “Vesti.az”ın kollektivini 15 illiyi münasibətilə təbrik edib

Azərbaycan Mətbuat Şurası “Vesti.az” İnformasiya Agentliyinin yaranmasının 15 illiyi münasibətilə təbrik ünvanlayıb.
Reportyor.tv xəbər verir ki, təbrikdə deyilir:
"Bu gün Apa-nın tərkibində fəaliyyət göstərən rusdilli “Vesti.az” İnformasiya Agentliyinin yaranmasından 15 il ötür. Ötən müddətdəki fəaliyyəti bu informasiya agentliyinin oturuşmuş, ictimai rəydə özünəməxsus yeri və rolu olan media orqanı obrazını formalaşdırıb, ona populyarlıq qazandırıb.
Vesti.az” yalnız Azərbaycanda deyil, habelə, ölkəmizin hüdudlarından kənarda da populyardır. İnformasiya agentliyinə dünyanın bir çox ölkələrində nəinki Azərbaycanla, ümumən Cənubi Qafqazla bağlı etibarlı informasiya mənbəyi kimi yanaşılır. İnam və etibar qazanmaq isə gərgin əməyin, jurnalist peşəsinə məsuliyyətli yanaşmanın nəticəsidir.
Əminik ki, “Vesti.az”dakı yaradıcı vətənpərvər mühit informasiya agentliyini daha böyük uğurlara daşıyacaq. Ötən 15 il bunun üçün müstəsna təmanatdır. Yubilyar media orqanının rəhbərliyini və əməksevər kollektivini təbrik edir, bu kollektivin hər bir üzvünə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq".

Şərhlər