Polis Şəkidə sərt karantin rejiminə nəzarət edir FOTO
Tarix: 5-07-2020, 13:50
Baxılıb: 756
Google+ Paylaş
Tumblr Paylaş

Polis Şəkidə sərt karantin rejiminə nəzarət edir FOTO

5-07-2020, 13:50

Azərbaycanda bir neçə şəhər və rayonda tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsindən sonra Şəki rayonunun giriş-çıxışlarında polis postları qurulub.
Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, şəhərdə daim hərəkətin intensiv olduğu küçə və prospektlərdə hazırda boşluq müşahidə edilir.
Polis əməkdaşları və Daxili Qoşunların əsgərləri tərəfindən mərkəzi küçələrlə yanaşı məhəllə arası yollara da nəzarət edilir.
Sakinlərin əksəriyyəti tərəfindən karantin rejimi anlayışla qarşılansa da, bir neçə şəxs qaydaları pozduqları üçün barələrində qanunauyğun tədbirlər görülüb.
Qeyd edək ki, dünəndən etibarən polis əməkdaşları sakinlərlə maarifləndirici söhbətlər aparıblar, onlara sərtləşdirilmiş karantin rejiminin tələb və qaydalarını izah ediblər.






Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ