
Xəbər verdiyimiz kimi, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) 2025-ci il üzrə hesabatında Dövlət Gömrük Komitəsinin fəaliyyəti ciddi tənqid olunmuşdu.
Reportyor.tv xəbər verir ki, hesabatda gömrük orqanlarının gömrük rəsmiləşdirməsi zamanı xaricdən idxal olunan məhsulların dəyərini əsassız olaraq yüksək hesablamaqla ölkədə inflyasiyanın artmasına təkan verdiyi qeyd olunmuşdu.
Hesabat açıqlandıqdan sonra Dövlət Gömrük Komitəsi Palata rəhbərliyi ilə görüşüb.
Palatadan Musavat.com-a verilən məlumata görə, görüş zamanı Gömrük Komitəsi rəsmiləri bildiriblər ki, 2025-ci ildə “sövdələşmə üsulu” tətbiq edilən gömrük bəyannamələrinin 95 faizi üzrə xarici ticarət iştirakçıları tərəfindən bəyan edilən gömrük dəyəri olduğu kimi qəbul edilib.
Gömrük dəyərinin dürüstləşdirilməsi məqsədilə təqdim edilən bildirişlər nəticəsində dürüstləşdirilmiş gömrük dəyəri isə ümumi idxal həcminin cəmi 1,2 faizini təşkil edib.
Yekunda AmCham Azərbaycan və Dövlət Gömrük Komitəsi arasında “Ağ Sənəd 2025” üzrə irəli sürülmüş tövsiyələrin ətraflı müzakirəsinin aparılması və nəticələri üzrə müvafiq məlumatların təqdim edilməsi nəzərdə tutulub.
Musavat.com






Şərhlər