
Hörmətli redaksiya.Yazıb sizdə bildirmək istəyirəm ki, 11.06 2026 tarixində saat təxminən 10:00 radələrində qızım Əmirli Dəniz evin hamamımda əl üzünü yumağa girdi. Əvvəlcədən hamamın trap deyilən yerini təmizləmək üçün yuyucu vasitə olan "NET " dən istifadə olunmasından xəbərsiz olduğu üçün dərmanın kəskin iyi nəticəsində nəfəs çatışmamazlığından huşunu itirərək hamamda huşsuz vəziyyətdə qalmışdı. Bu vəziyyəti görən kimi dərhal Təxirəsalınmaz Təcili Tibbi yardıma zəng etdik. Çox qısa zamanda təcili yardım briqadası köməyə çatdı. Qızımın huşsuz vəziyyətdə olması nəbzin vurmaması görüb çox piz stress keçirtsəmdə Təcili yardımın briqada heyəti çox böyük fədakarlıq göstərərək uşağın sarturasiyasını yüksəldib dərhal Qarayev adəna 2 saylı uşaq xəstəxanasına çatdırdılar. Qızıma göstərilər yüksək yardımın səyi nəticəsində onu yenidən həyata qaytardılar. Bu səbəbdən başda Təxirəsalınmaz Təcili Tibbi yardım briqadasının həkimi Babayeva Nuriyyə, feldşer Məmmədova Bahar,sürücü Novruzov Natiq Qarayev adına 2 saylı uşaq xəstəxanasının şöbə müdiri Səbinə xanıma , Mətbuat xidməti Mais bəyə və əziyyəti olan, adlarını bilmədiyim bütün heyətə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə Əmirov Elnar.






Şərhlər