
Xəbər verdiyimiz kimi, İTV-nin tanınmış aparıcısı Saleh Bağırov Əməkdar artist Mətanət İskəndərlinin keçmiş gəlini Canana ilə bağlı sosial şəbəkədə paylaşdığı şərhlə gündəmə gəlib. Aparıcı bloqer Sulinin paylaşımının şərh bölməsində Canana haqqında "əxlaqsız", "şərəfsiz" kimi ifadələr işlədib. Bu sözlər sosial şəbəkədə ciddi rezonans doğurub və əksəriyyət aparıcını sərt tənqid edib.
Reportyor.tv xəbər verir ki, qınaq və tənqidlərdən sonra Saleh Bağırov sözügedən şərhini silib. Lakin Canana məsələni hüquqi müstəviyə daşıdığını açıqlayıb. O bildirib ki, artıq vəkilinə müraciət edib və onun şərəf və ləyaqətini alçaltdığını iddia etdiyi şəxsdən təzminat tələb edəcək: "Bu barədə artıq ciddi işlər gedir. Mənim şərəf və ləyaqətimi alçaldıb mənə "əxlaqsız" deyən şəxs dediyi hər kəlməyə görə cavab verəcək, həm də təzminat ödəyəcək. Bundan sonra hər kəs həddini bilsin. Mən sizin üçün oyuncaq deyiləm. İki əsgər anası, bir qız anasıyam. Mənə deyilən söz övladlarıma deyilən söz deməkdir. Övladlarıma görə dünyanı belə başınıza yıxaram, bunu bilin".
Xalidə,
Musavat.com






Şərhlər