Bakıda antisanitar vəziyyətdə fəaliyyət göstərən bazara polis müdaxiləsi - VİDEO +FOTOLAR
Tarix: 29-03-2020, 12:50
Baxılıb: 364
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda antisanitar vəziyyətdə fəaliyyət göstərən bazara polis müdaxiləsi - VİDEO +FOTOLAR

29-03-2020, 12:50

Bir neçə gündür Azərbaycanda koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülür. Ölkədə ciddi karantin rejimi elan edilib.
Bu məqsədlə kommunal xidmətlər xüsusi gücləndirilmiş iş rejiminə keçərək Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq dezinfeksiya tədbirləri həyata keçirirlər. 
Virusun yayılma təhlükəsinə qarşı vətəndaşlardan kütləvi yerlərdən uzaq olmaq, zərurət olmadıqca evdən çıxmamaq tövsiyə edilir. Bu tədbirlərə dəstək olaraq bir çox öz müəssisələr, obyektlər fəaliyyətini dayandırıb.
Lakin bu gün də Sabunçuda "Bit bazarı" və ya "Rus bazarı" kimi də adlandırılan köhnə və əsasən işlənmiş əşyaların satıldığı bazar fəaliyyətini davam etdirir.
Hazırda Sabubçu Rayon Polis İdarəsinin əməkdaşları bazara girişi bağlayıb. Lakin səhər saatlarından bazarda olan satıcılar hələ ki xəbərdarlığa məhəl qoymurlar.
Polis əməkdaşları səsgücləndiricilər vasitəsi ilə karantin rejiminin vacib tələbləri ilə bağlı xəbərdarlıq edir.
 


 
İ.Muradov
Musavat.com








Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ