Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sağlamlıq » Koronavirusa yoluxanlar xüsusi proqramla izləniləcək
Koronavirusa yoluxanlar xüsusi proqramla izləniləcək

“Apple” və “Google” şirkətləri koronavirusa yoluxmuş insanların əlaqələrini izləyəcək texnologiya hazırlayacaq.
“RİA Novosti” bu barədə “Apple” şirkətinin rəsmi saytına istinadən xəbər verir.
Hazırlanacaq yeni texnologiya hökumətlərə və tibb işçilərinə koronavirusa yoluxmuş insanların əlaqələrini izləməkdə kömək edəcək. İdeyanın iki mərhələdə reallaşdırılması planlaşdırılır.
May ayında “Android” və iOS əməliyyat sistemlərində işləyən qurğular arasında qarşılıqlı əlaqəni təmin edəcək proqramın yaradılması nəzərdə tutulub.
İkinci mərhələdə isə “Bluetooth” vasitəsilə koronavirusa yoluxmuş insanların əlaqələrini izləyəcək xüsusi proqram hazırlanacaq.
Qeyd olunur ki, bununla belə insanların şəxsi həyatına müdaxiləyə yol verilməyəcək.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti