Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sağlamlıq » Cinsi marağı olmayanlarla bağlı qorxulu xəbər
Cinsi marağı olmayanlarla bağlı qorxulu xəbər

Kişilərdə cinsi marağın olmaması hər hansı səbəbdən ölüm riskinin artması ilə əlaqələndirilir. Bu, Yaponiyanın Yamaqata Universitetinin tədqiqatçıları tərəfindən araşdırılıb.
Publika.az xəbər verir ki, alimlərin bu haqda məqaləsi “PLOS” jurnalında dərc olunub.
Tədqiqatda yaşı 40 və yuxarı olan 20 969 nəfər (8 558 kişi və 12 411 qadın) iştirak edib. Cinsi maraq səviyyəsi sorğudan istifadə edilməklə, onlarla ölüm nisbəti arasındakı əlaqə hər hansı amilin təsirini nəzərə alaraq hadisənin baş vermə ehtimalını hesablayan və zamandan asılı olan funksiya olan proporsional təhlükələr modeli ilə qiymətləndirilib.
Müayinə dövründə 503 nəfər ölüb, 67 ölüm ürək-damar xəstəlikləri, 162 nəfər isə xərçəng olub. Təhlillərin nəticələri göstərib ki, cinsi marağı olmayan kişilər arasında xərçəngdən ümumi ölüm halları əhəmiyyətli dərəcədə artır. Yaş, qan təzyiqi, şəkərli diabet, siqaret, spirt istehlakı, təhsil və digər amilləri nəzərə alan proporsional təhlükələr modeli göstərib ki, intim münasibətlə maraqlanmayan kişilərin ölüm riski 1,69 dəfə çoxdur.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti