Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » ABŞ hərbi gəmiləri Haiti sahillərinə yaxınlaşıb
ABŞ hərbi gəmiləri Haiti sahillərinə yaxınlaşıb

Üç Amerika hərbi gəmisi Port-o-Prens körfəzinə çatıb və Haiti sahilləri yaxınlığında yerləşir.

Reportyor.tv xəbər verir ki, məlumatı Haiti qəzeti "Le Nouvelliste" ABŞ-ın Haitidəki səfirliyinin bəyanatına istinadən yayıb.

Nəşrin məlumatına görə, USS Stockdale, USCGC Stone və USCGC Diligence gəmiləri "Cənub Nizə" əməliyyatının bir hissəsi olaraq Port-o-Prens körfəzinə çatıb. Səfirliyin bəyanatında gəmilərin mövcudluğunun "ABŞ-ın Haiti üçün təhlükəsizliyə, sabitliyə və daha yaxşı gələcəyə olan sarsılmaz öhdəliyini əks etdirdiyi" qeyd edilib.

Musavat.com

Şərhlər