Zümrüd Qasımova: "Mən qucaq insanıyam, mütləq deməlisən ki..." - VİDEO
Tarix: 23-12-2023, 21:44
Baxılıb: 536
Google+ Paylaş
Tumblr Paylaş

Zümrüd Qasımova: "Mən qucaq insanıyam, mütləq deməlisən ki..." - VİDEO

23-12-2023, 21:44

"Qız uşağına mütləq şəkildə ata sevgi verməlidir. Çünki ata sevgisi görməyən qız hər zaman həyatında səhv edəcək".

Reportyor.org xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.

Sənətçi bildirib ki, atası tərəfindən yetərincə sevgi almayıb:

"Atam çox zəhimli idi. Allah ona rəhmət eləsin. Atamla üzbəüz yolda gələndə o, mənə salam vermirdi. Mən də onun yanından sakitcə keçirdim. Bəli, bizim ata-bala belə münasibətimiz vardı. Halbuki, o, qayğıkeş və ailəsi üçün əziyyət çəkən insan idi. Evdə səsim biraz artıq çıxanda atam əlindəki qabı masanın üzərinə vurub deyirdi ki, “Zümrüd, səsin gəlir”. Yəni atam çox ciddi olub.

Mən qucaq insanıyam. Mütləq deməlisən ki, “səni çox istəyirəm”, əzizləməlisən. Hər zaman deyirəm ki, bu hissləri hiss etməyi sevirəm. Şükürlər olsun ki, sevgi mövzusundan heç bir şikayətim və narazılığım yoxdur. Həyat yoldaşım deyir ki, “heç kimin vermədiyi sevgini sənə vermişəm” (gülür).
Amma ata uşağını sevib, ona sevgi verməlidir. Misal üçün deyirlər ki, ata öz uşağını başqa insanların yanında qucağına almaz. Amma məncə bu düzgün fikir deyil. Uşağına sevgini göstərməlisən. Çünki bilmirsən qızın hansı ailəyə düşəcək, onun həyat yoldaşı necə insan olacaq. Qız uşağına təhsil də verilməlidir, gözütox böyütməlisən. Oğlan uşağı isə öyrənməlidir pul qazanmağa..." (Bizim.Media )


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ