Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Roza doğum günü etməməsinin səbəbini açıqladı: "Mən hələ..." -
Roza doğum günü etməməsinin səbəbini açıqladı: "Mən hələ..." -

"Zahiri yaşım 18-dən az olsa da, daxili yaşım 45-dən çoxdur".
Reportyor.tv bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Xəbər ətər" verilişində deyib.

O bu il özünə doğum günü etməməsinin səbəbini açıqlayıb:

"Bu il müəyyən səbəblərdən ad günü keçirmədim. Bizim efirə çıxıb, oynayıb, oxumağımız peşə borcumuzdur. Siz necə qəbul edirsiniz, edin. Amma peşə borcu bitəndən sonra, əynimizi dəyişib, makiyajımızı sildikdən sonra, evdə bir stəkan çay süzdükdən sonra əsl sən peyda olursan. Mən hələ tam başqa hisslər yaşayıram. Ona görə də bu il ad günü keçirmədim. Bilirsiniz, ötən ilin noyabrında atamı itirmişəm..."


Şərhlər