Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » "Bu şəhərdə"ni görün kim davam etdirəcək? - Atama söz vermişəm ki...
"Bu şəhərdə"ni görün kim davam etdirəcək? - Atama söz vermişəm ki...

Bloger Fuad İsgəndərov "Qapqara" verilişinin qonağı olub.

Keşlədə böyüməyin həyatına təsirindən danışan bloger çəkdiyi videoların mövzusunun müşahidələrindən ortaya çıxdığını söyləyib:

“Bir dostum var. Hərdən bikar olanda onunla birlikdə yoldan keçən insanlara baxıb müşahidə aparırıq. Bəlkə də, bu gün izləyicilər tərəfindən sevilməyimin səbəbi müşahidə etməyimdir. Videolarımda göstərdiyim obrazların hamısı realda gördüyüm insanlardır”.

Aktyor onu da qeyd edib ki, oğlu olsa, ona atasının – Əməkdar artist Rafael İsgəndərovun adını qoyacaq: “Atama söz vermişəm ki, oğlumun adını Rafael qoyacağam. Hansı peşəni seçməyinə qarışmayacağam. Amma bu ölkəyə ikinci Rafaeli bəxş etmək istəyirəm”.

F.İsgəndərov “Bu şəhərdə”ni davam etdirib-etdirməyəcəyi ilə bağlı suala da aydınlıq gətirib və bildirib ki, hələ bu barədə düşünməyib.

“Uşaq vaxtı mən və Coşqun Rəhimovun oğlu atalarımızla harasa gedəndə bizə gələcəyin “Bu şəhərdə”si deyirdilər. Mən onların cığırından gedirəm, amma Coşqun Rəhimovun oğlu başqa işlə məşğuldur”, – deyə o söyləyib.

Daha ətraflı video-materialda:



                                                                                                         

Şərhlər