Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Flora Kərimova: "Özümü şanssız sayıram..."
Flora Kərimova: "Özümü şanssız sayıram..."

Azərbaycan Respublikasının Xalq artisti Flora Kərimova həyatı barədə danışdığı məqamları izləyicilərlə bölüşüb.

Reportyor.tv xəbər verir ki, bir neçə il öncə Kazım Sübhanın aparıcılıq etdiyi verilişə qatılan müğənni həyatı haqda danışdığı hissəni öz sosial hesabında paylaşıb. İfaçı bildirib ki, heç vaxtı öz  həyatı haqda oxumur: "Mən özümü şanssız sayıram, bədbəxt deyil. Bədbəxt insan, müğənni, həyatından o qədər narazı olan insan mahnıda özünü görər, ürəyini boşaldar...Yox, mən özgə dərdi oxuyuram və o dərdə öz dərdim kimi canım yanır".

Xalq artisti bildirib ki, səsinin tembrində yanqınlıq var: "Özgə talelərə oxunan mahnılarda öz taleyimə həm sevindim, həm ağladım".

https://www.instagram.com/reel/C_Lm0cqoMRB/?igsh=azZjZm85NXI2amJy

Şərhlər