Azərbaycanlı müğənni: "Atama heç vaxt halallıq vermirəm"
Tarix: 4-07-2023, 11:39
Baxılıb: 383
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanlı müğənni: "Atama heç vaxt halallıq vermirəm"

4-07-2023, 11:39

"Pişik" ləqəbli müğənni Günel Ələkbərova "Ümid ilə gəl" proqramına qonaq olub. 
Reportyor.tv BAKU.WS-ə istinadən xəbər verir ki, veriliş zamanı ifaçı rəhmətə gedən atasından danışıb.
Müğənni kövrələrək ona halallıq vermədiyini açıqlayıb:
"Ölüm ayağında olanda məni çağırdı. Dedi ki, halallıq ver. Dedim heç vaxt verməyəcəm. İnşallah Tanrı axirətdə məni onunla qarşı-qarşıya qoyar. Mən də öz hesabatımı ondan soruşaram. Çünki o, yanımızda olsaydı, ögey ata əlində böyüməzdim. Anam ailə həyatı qurub, 2 yaşım olanda onlar ayrılıblar. Özü də elə-belə adam da deyil, tanınmış adamdır. Çoxları da tanıyır. Çətin vaxtlarımda, qapıma elçi gələndə yanımda olmayıbsa mənə lazım deyil. Siz mənim yerimdə olsaydınız, halallıq verərdiniz?".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ