Deyəsən Joao Feliks həyatını kökündən dəyişmək qərarına gəlib. "Atletiko"nu oyunçusu ola-ola "Barselona"da oynamaq istədiyini etiraf etməsini başqa necə izah etmək olar?
Portuqaliyalı hücumçu təkcə futbolçu karyerasında yenilik etmək istəmir. O, şəxsi həyatına "əl gəzdirib". Feliks yeni macəraya başlayıb. Portuqlaiya millisinin üzvü Marta Diaşla eşq yaşayır.
"O Jogo"nun məlumatına görə, Joao tətilini Marta ilə İbitsada keçirib. Feliks Diaşla "İnstagram"da danışaraq münasibət qurub. Ancaq onlar bir-birilərini əvvəlcədən tanıyırdılar.
Çünki Marta Joaonun sabiq komanda yoldaşı olan Serxio Reqilonun keçmiş sevgilisidir. Serxio 2022/23 mövsümündə "Atletiko"da icarə əsasında çıxış edib. Reqilon və Feliks altı ay yoldaşlıq ediblər.
Yeri gəlmişkən, Marta keçmiş sevgilisi ilə birgə fotolarını sosial şəbəkələrdən silməyib. Onlar 4 illik münasibətlərini bu ilin mayında yekunlaşdırıblar.
Marta 30 oktyabr 2000-ci ildə anadan olub. O, Feliksdən bir yaş böyükdür. Diaz model və blogger kimi fəaliyyət göstərir. Onun "YouTube" kanalında 2 milyon abunəçisi, "Instagram"da isə 3,3 milyon izləyicisi var./publika.az
