Ərdoğan Azərbaycanəsilli aktyora vəzifə verdi
Tarix: 11-08-2023, 12:31
Baxılıb: 284
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğan Azərbaycanəsilli aktyora vəzifə verdi

11-08-2023, 12:31

Azərbaycanəsilli aktyor Tamer Karadağlı Türkiyə Dövlət Teatrlarının baş direktoru təyin edilib.

Reportyor.tv xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar "Rəsmi Qəzet”də dərc edilib.

Qeyd edək ki, Tamer Karadağlının ailəsi Qarsın Sarıkamış rayonunda yaşayıb. İbtidai məktəb başlamazdan əvvəl ailəsi ilə birlikdə ABŞ-da məskunlaşan Karadağlı daha sonra Türkiyəyə qayıdıb və yenidən ABŞ-a gedib. Bilkent Universitetinin musiqi və ifaçılıq sənətləri fakültəsində təhsil alan aktyor ilk dəfə 1993-cü ildə filmə çəkilib. Uzun illər rol aldığı "Çocuklar duymasın" isə Karadağlını məşhurluğun zirvəsinə çatdırıb. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ