Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Avropa Şurasının Baş katibi Azərbaycanla Ermənistan arasında delimitasiya ilə bağlı razılaşmanı alqışlayıb
Avropa Şurasının Baş katibi Azərbaycanla Ermənistan arasında delimitasiya ilə bağlı razılaşmanı alqışlayıb

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi haqqında əldə edilmiş razılaşmanı alqışlayıb.
O, bu barədə "X"də yazıb.
"Mən Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan delimitasiya prosesi haqqında bu yaxınlarda əldə edilmiş razılaşmanı alqışlayıram", - o bildirib.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Həmçinin, iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi prosesi ilə bağlı razılıq əldə olunub. Artıq proses başlayıb.
Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti