Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Simonyan: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi tezliklə imzalanmalıdır
Simonyan: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi tezliklə imzalanmalıdır

Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması prosesi çox tezliklə başa çatmalıdır.
Reportyor.tv Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan mayın 6-da jurnalistlərə Azərbaycan və Ermənistan XİN başçılarının Qazaxıstanın Almatı şəhərində keçiriləcək görüşünə toxunaraq bildirib.
O qeyd edib ki, bu saziş 2023-cü ilin sonunda da imzalana bilərdi.
Xatırladaq ki, mayın 10-da Qazaxıstanın Almatı şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşəcək.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti