Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək

Yaxın günlərdə Azərbaycan və İranın ən böyük ortaq layihəsi olan Araz çayı üzərində Xudafərin yaxınlığındakı “Qız Qalası” su bəndi istifadəyə veriləcək.

Bu barədə İranın Şərqi Azərbaycan vilayətinin regional su şirkətinin rəhbəri Yusif Qafarzadə məlumat verib. 

 
 Onun sözlərinə görə, ölkənin şimal-qərbində ən mühüm layihə olan bənddə tikinti işləri başa çatıb və yaxın günlərdə İran Prezidenti İbrahim Rəisi və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olacaq.

Qafarzadə bildirib ki, bu nəhəng su layihəsinin fəaliyyətə başlaması nəinki aşağı axar torpaqları su ilə təmin edəcək, həm də bölgənin iqtisadi inkişafına, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yaxşılaşmasına və rayonda turizmin inkişafına səbəb olacaq./olke.az  

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti