Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Prezident: Azərbaycan COP29 sədrliyi çərçivəsində kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirəcək
Prezident: Azərbaycan COP29 sədrliyi çərçivəsində kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirəcək

Azərbaycan kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin problemlərinə COP29 sədrliyi çərçivəsində xüsusi diqqət yetirəcək.
Bunu Prezident İlham Əliyev mayın 13-də Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendi qəbulu zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, ölkəmiz onların problemlərinin həllinə öz töhfəsini verməyə hazırdır. Bu xüsusda Azərbaycan ilə Millətlər Birliyi təşkilatı arasında birgə əməkdaşlıq layihələri və COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclasın keçirilməsi məsələləri müzakirə olunub.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti