Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Əli Əsədov və Ceyhun Bayramov anım mərasimində iştirak etmək üçün İrana gedir
Əli Əsədov və Ceyhun Bayramov anım mərasimində iştirak etmək üçün İrana gedir

Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edəcək.
Nazirlər Kabinetinin mətbuat xidmətindən  verilən xəbərə görə, mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edəcək.
Nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti