Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Texnika və mədəniyyət sahələrində bir qrup şəxsə Dövlət Mükafatları verilib - SƏRƏNCAM
Texnika və mədəniyyət sahələrində bir qrup şəxsə Dövlət Mükafatları verilib - SƏRƏNCAM

Prezident İlham Əliyev 2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
Reportyor.tv xəbər verir ki, Sərəncam əsasən, 2024-cü il üçün texnika və mədəniyyət sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib:
Texnika sahəsi üzrə mükafat “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” kompleks elmi-texniki işinə görə Vaqif Məcid oğlu Fərzəliyevə, Həqiqət Əliəşrəf qızı Cavadovaya və Əfsun Rəzzaq oğlu Sucayevə verilib.
Mədəniyyət sahəsi üzrə mükafat teatr rejissorluğu sahəsində fəaliyyətinə görə, Mehriban Zaur qızı Ələkbərzadəyə verilib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti