
Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan xalqına 28 May - Müstəqillik Günü münasibətilə təbrikində bildirilib.
Blinken vurğulayıb ki, ABŞ bu səyləri dəstəkləməyə, uzun müddətdir davam edən münaqişədən sonra yeni səhifəni açmaq və daha yaxşı gələcək qurmaq üçün hazırdır: "Biz əlaqələri gücləndirəcək və bütün regiona iqtisadi fayda verəcək bu məqsədə tam sadiqik".






Şərhlər