Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Şahin Mustafayev iranlı nazirlə iki ölkə arasında əldə olunan son razılaşmaları müzakirə edib
Şahin Mustafayev iranlı nazirlə iki ölkə arasında əldə olunan son razılaşmaları müzakirə edib

Azərbaycan-İran Müştərək Komissiyasının həmsədrləri - Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında telefon danışığı baş tutub.

Reportyo.tv xəbər verir ki, telefon danışığı zamanı Şahin Mustafayev helikopter qəzası zamanı İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və digərlərinin həlak olması ilə bağlı başsağlığı verib.

Bəzrpaş Tehranda keçirilən anım mərasimində Azərbaycan nümayəndə heyətinin iştirakına görə minnətdarlığını bildirib.

Tərəflər iki ölkə prezidentlərinin “Qız Qalası” bəndində keçirilən görüşündə əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti