Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Qazaxın azad edilən 4 kəndində minatəmizləmə ilə bağlı aparılan işlər açıqlandı
Qazaxın azad edilən 4 kəndində minatəmizləmə ilə bağlı aparılan işlər açıqlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Qazaxın işğaldan azad olunmuş 4 kəndindəki mina təmizləmə prosesindən danışıb.
O, jurnalistlərə açıqlamasında hazırda sözügedən ərazidə minatəmizləmə prosesinin aparıldığını bildirib.
“Qazaxın işğaldan azad olunmuş kəndlərində ANAMA-nın bir qrupu, 2 minatəmizləyən maşını və Dövlət Sərhəd Xidmətinin minatəmizləyənləri işlərə cəlb olunub”, - sədr deyib.
Vüqar Süleymanov onu da əlavə edib ki, proses tapşırıqlara uyğun həyata keçirilir: “Biz tapşırıqlara uyğun işləyir, ona görə dəyərləndirmə aparır və işçi qüvvəsi, texnika, eləcə də avadanlıq cəlb edirik”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti