Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Zakir Həsənov Macarıstan Milli Assambleyasının sədr müavini ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Zakir Həsənov Macarıstan Milli Assambleyasının sədr müavini ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Milli Assambleyasının sədr müavini cənab Çaba Hende ilə görüşüb.
Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Görüşdə ölkələr arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin xüsusi rolu vurğulanaraq bütün sahələrdə olduğu kimi, hərbi sahədə də birgə əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub.
Tərəflər, həmçinin iki ölkə arasındakı ikitərəfli əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti