Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyalar bir sıra müzakirələr aparıb, layihələrin mübadiləsi həyata keçirilib
Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyalar bir sıra müzakirələr aparıb, layihələrin mübadiləsi həyata keçirilib

Müvafiq razılaşmalara əsasən, komissiyalar “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın birgə fəaliyyəti haqqında” Əsasnamə layihəsinin razılaşdırılması üzərində işləyirlər.
Bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb.
Qeyd edilib ki, 2024-cü il iyulun 1-nə olan vəziyyətə görə, komissiyalar işçi qaydada Əsasnamənin layihələrinin mübadiləsini həyata keçirib və bir sıra müzakirələr aparıblar.
"Danışıqlar konstruktiv məcrada davam edir. Razılaşdırma prosesinin tezliklə başa çatdırılması planlaşdırılır", - məlumatda vurğulanıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti