Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Minskdə MDB müdafiə nazirlərinin iclası keçirilib
Minskdə MDB müdafiə nazirlərinin iclası keçirilib

Belarusun paytaxtı Minskdə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin müdafiə nazirləri Şurasının iclası keçirilib.
İclasda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.
İclasda Rusiya müdafiə naziri Andrey Belausov MDB ölkələri Müdafiə Nazirləri Şurasının sədri seçilib.
O, Rusiyanın MDB-yə sədrliyi dövründə qarşısına qoyduğu prioritetləri açıqlayıb.
Nazir qeyd edib ki, Rusiya Federasiyası MDB-yə sədrliyi dövründə yeni və ənənəvi çağırışlara qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsini prioritet hesab edir.
"Rusiya nasizmin tərənnümü və tarixin saxtalaşdırılması ilə mübarizədə MDB ölkələrinin həmrəyliyini yüksək qiymətləndirir", - Belausov qeyd edib.
Qeyd edək ki, Ermənistan MDB müdafiə nazirləri şurasının iclasında iştirak etməyib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti