Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Azərbaycan Prezidenti: Bəzi ölkələr hələ də kolonializmdən əziyyət çəkir və biz onlara kömək etmək istəyirik
Azərbaycan Prezidenti: Bəzi ölkələr hələ də kolonializmdən əziyyət çəkir və biz onlara kömək etmək istəyirik

Biz Qoşulmama Hərəkatına sədrliyə başlayandan bu məsələ (kolonializm – Red.) ilə yaxından məşğul olmağa çalışdıq. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olub, milyonlarla insan kolonializmin qurbanı olub.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda deyib.
“Bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Qəmər adaları, Mayot adası hələ də kolonial idarəçilik altındadır. Bu, bizim öhdəliyimiz idi, biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti