Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Pezeşkianın andiçməsinə Azərbaycandan onlar qatılacaq – Siyahı
Pezeşkianın andiçməsinə Azərbaycandan onlar qatılacaq – Siyahı

İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi sabah – iyulun 30-da İslam Şurası Məclisində (parlament) keçiriləcək.

İranın Azərbaycandakı səfirliyindən Modern.az-ın sorğusuna cavab olaraq yeni prezidentinin andiçmə mərasimində iştirak edəcək Azərbaycan nümayəndə heyəti açıqlanıb.

Səfirlikdən verilən məlumata görə, Baş nazir Əli Əsədov, Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvləri – Cavanşir Paşazadə, Hikmət Məmmədov, Əziz Ələkbərli andiçmə mərəsiminndə iştirak edəcək.

Qeyd edək ki, tədbirdə Tacikistan, Türkmənistan, Mərkəzi Afrika, Pakistan, Suriya, Serbiya, Kuba, Azərbaycan, Ermənistan, Gürcüstan və Qvineya-Bisau prezident və baş nazir səviyyəsində iştirak edəcək.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti