Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Deputatlığa namizədlərə pis xəbər: MSK-dan mühüm açıqlama
Deputatlığa namizədlərə pis xəbər: MSK-dan mühüm açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında çıxışı zamanı namizədlərə xəbərdarlıq edib. O, seçkiqabağı təşviqat prosesinin başlamadığını bildirib.

“Media orqanları da bunu nəzərə almalıdır. Belə hallar olsa, MSK araşdıraraq hətta həmin şəxsin namizədliyini də ləğv edə bilər”.

Maraqlıdır, hansı hallarda namizədlik ləğv edilir?

Mövzu ilə bağlı danışan Mərkəzi Seçki Komissiyası Katibliyi Media və kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli deyib ki, seçki qanunvericiliyinin müəyyən tələbləri mövcuddur:

“Bu tələblərin pozulması seçkilərdə iştirak edən şəxslərin namizədliyinin ləğvinə qədər gətirib çıxara bilər. Seçki qanunvericiliyinin məsələ ilə bağlı geniş tələbləri var. Bunlara əməl olunması zəruridir. Pozuntu halı aşkarlanarsa, bu istiqamətdə müəyyən addımların atılması mümkündür”./Globalinfo.az

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti