Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Lukaşenko hakimiyyətdən GEDİR? - özü AÇIQLADI
Lukaşenko hakimiyyətdən GEDİR? - özü AÇIQLADI

Belarus Prezidenti Aleksandr Lukaşenko sakinləri ölkənin yeni liderinin olacağına öyrəşməyə çağırıb.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə sb.by məlumat yayıb.
"Mən artıq hamınıza deyirəm: Prezidentin fərqli şəxs olacağına öyrəşməlisiniz, bu o demək deyil ki, sabah sizi tərk edəcəyəm. Amma həyatda hər şey ola bilər. Mənim hamınız kimi əbədi olmadığıma öyrəşməlisiniz", - deyə Lukaşenko Şklovski rayonunun Qorodişe kənd təsərrüfatı sahəsinə səfəri zamanı bildirib.
O qeyd edib ki, öz varisinə dinc ölkə miras qoymalıdır.
Lukaşenko vurğulayıb ki, hər şey ondan asılı deyil. "Hər kəs öz işi ilə məşğul olmalıdır. Əgər əkin və biçin lazımdırsa, o zaman bunu etməlisən. Mənim əsas vəzifəm ölkədə münaqişənin qarşısını almaqdır".
Qeyd edək ki, bu il Lukaşenkonun 70 yaşı tamam olur. O, 1994-cü ildən Belarus prezidentidir.
Ölkədə növbəti prezident seçkisi 2025-ci il iyulun 20-dən gec olmayaraq keçirilməlidir.
 

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti