Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Bu yol hər an Azərbaycanın nəzarətinə keçə bilər
Bu yol hər an Azərbaycanın nəzarətinə keçə bilər

Düşmən (Azərbaycan nəzərdə tutulur – red.) artıq Kirantsda və qonşu kəndlərdə məskunlaşıb.

Reportyor.tv Axar.az-a istinadən xəbər verir ki, bunu “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan jurnalistlərlə söhbətində deyib.

“Ermənistan-Gürcüstan dövlətlərarası yolu hər an Azərbaycanın nəzarətinə keçə bilər”, – o bildirib

Danielyan delimitasiya və demarkasiya nəticəsində Azərbaycana təhvil verilən ərazidəki ev və torpaqlara görə ödənilən kompensasiyanın mənbəyini açıqlamaqdan hökumətin imtina etdiyini də xatırladıb. O qeyd edib ki, hökumət bunu “məxfi məlumat” adlandırıb.

Xatırladaq ki, kompensasiya olaraq sakinlərə evlərinin real dəyərindən bir neçə dəfə çox – 150-170 min dollar pul verildiyi iddia edilir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti