Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Bakının bu tələbi sülh müqaviləsinə salınır – İrəvandan ilk anons
Bakının bu tələbi sülh müqaviləsinə salınır – İrəvandan ilk anons

“ATƏT-in Minsk qrupunun ləğvi məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər”.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən “Azadlıq” radiosunun İrəvan bürosuna bildirilib.

“Azadlıq” XİN-dən Azərbaycanın Minsk qrupunun ləğvini təklif etdiyini xatırladaraq İrəvanın məsələyə necə münasibət bildirəcəyini soruşub.

“Ermənistan tərəfi Minsk qrupunun fəaliyyəti ilə bağlı məsələyə Azərbaycanla münasibətlərin hərtərəfli tənzimlənməsi və ilk növbədə sülh müqaviləsinin imzalanması kontekstində baxa bilər”, – XİN-dən bildirilib.

Qeyd edək ki, bundan öncə İrəvan rəsmiləri ATƏT-in Minsk qrupunun fəaliyyətinin davam etdirilməli olduğuna dair açıqlamalar səsləndirirdi./ Globalinfo.az  

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti